Haqqımızda

Əzmimiz qürurumuzdur!

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 nömrəli fərmanına müvafiq olaraq yaradılmışdır. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi və Şamaxı şəhərində Ehtiyat Məlumat Mərkəzi üçün binaların tikintisi 2015-ci ildə başa çatdırılmışdır.

Ətraflı

Xidmətlərimiz

Tam əhatəli olaraq göstərdiyimiz xidmətlər

ITMIM-in sertifikatlaşdırılmış yüksək ixtisaslı ekspertləri istənilən müəssisə və dövlət təşkilatları üçün kabelli yaxud simsiz şəbəkələrin layihələndirilməsini peşəkar səviyyədə həyata keçirirlər. Biz sxemlərin çəkilməsi və avadanlıqlarla cihazların quraşdırılması ilə yanaşı, layihənin sınaqdan keçirilərək tam işlək vəziyyətdə təhvilini gerçəkləşdiririk. Təcrübəli ekspertlərdən ibarət komandamız bütün quraşdırılma və montaj işlərini dünya standartlarına uyğun tərzdə həyata keçirirlər və bununla da, müştərinin yeni infrastrukturunun təhlükəsizliyini, asan idaretməsini və əlçatanlığını təmin edirlər. ITMIM-in imkanları və geniş tərəfdaş dəstəyi təhlükəsizlik, optimallaşdırma və idarəetmə baxımından şəbəkənin bütün seqmentlərini əhatə etməyə qadirdir.
Ətraflı
approach image

Kompüter texnologiyaları artıq biznesin hər yönündə öz təsdiqini tapmış və bütün işlər artıq proqram təminatları ilə yerinə yetirilməkdədir. Biz də İTMİM olaraq sizin biznesinizin avtomatlaşdırılmasını, eyni zamanda var olan sistemin optimallaşdırmasını təklif edirik. Sifarişçilərin istəklərinə uyğun texniki tapşırıq yazılır və düzgün texnologiyalar seçilərək proqram təminatı standartlarını qoruyaraq yüksək səviyyədə müasir həllər yaradırıq. Proqram təminatı istəkləriniz internet layihələrindən tutmuş çox şaxəli klient-server arxitekturalı həllər ola bilər. Biz həmçinin işlətdiyiniz sistemlərin optimizasiyasını və başqa sistemlərə inteqrasyasını təklif edirik.
Ətraflı

 

approach image
İnformasiya Texnologiyalarına texniki dəstək xidməti – informasiya sistemlərinin fasiləsiz işləməsi, istifadəçilərin lazım olduğu zamanda doğru və professional dəstəyi ala bilməsi, şirkətlərin İT xidmətlərindən aldığı səmərənin ən yüksək həddə olması üçün vacib şərtdir.
Şirkətimiz müştəri mərkəzli yaxınlaşma ilə müştərilərimizə, arzuladıqları səviyyədə dəstəyi 7x24 fasiləsiz olaraq təqdim edir. Telefon, internet və ya yerində dəstək xidmətləri də daxil bir çox variantda xidmət təqdim edən ITMIM mütəxəsisləri sektordakı təcrübəsi ilə kritik dəstək səviyyələri mövzusunda ixtisaslaşmışdır.
Ətraflı
approach image

İTMİM-in iki müxtəlif rabitə qovşağından optik xətlərlə kənara çıxışının mövcud olması serverlərin icarəyə verilməsi üçün texniki imkanlar yaradır. Müasir avadanlıqlarla təchiz edilmiş server infrastrukturu məlumatların kənardan vaxt itkisinə yol vermədən tam təhlükəsiz istifadə edilməsinə imkan verir. İstifadəçilərin arzusuna müvafiq olaraq onlara məxsus məlumatların surətlərinin təminatlı saxlanması,vaxtaşırı yenilənməsi və müştəriyə məxsus server avadanlıqlarının server otağında yerləşdirilməsi mümkündür.
Ətraflı

approach image

İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsindəki sürətli inkişaf şirkət və ya qurumların iş proseslərini və layihə idarəetmə metodlarının inkişafı və yenidən təşkili, şirkət daxili İT investisiyanın səmərəli istifasi üçün olduqca önəmlidir. Müştəri tələblərinin incələnməsi, uyğun informasiya texnologiyaları infrastrukturunun müəyyən edilməsi, öncədən bütün detallar nəzərə alınmaqla beynəlxalq layihə idarəetmə standartlarının tələblərinə cavab verən kompleks layihələndirmə, analiz, test, təlim və yekun məhsulun istifadəyə verilməsi İT layihələrin idarəedilməsi prosesinin əsas tərkib hissəsidir.
Ətraflı

approach image

Partnyorlarımız