Esri şirkəti ilə MMMİ əməkdaşlıq görüşü keçirilib

Article image
Vahid milli məkan məlumatlarının yaradılması və infrastrukturunun inkişaf etdirilməsi çərçivəsində işlər davam etdirilir. Bu həftə Esri şirkətinin nümayəndələri İTMİM-də olmuşlar. Əməkdaşlıqla bağlı müzakirələr aparılmış, iclas keçirilmiş, təqdimatlar nümayiş etdirilmişdir. 3D vizuallaşdırma, analiz və proqramlaşdırma işləri barədə geniş məlumat verilmişdir. Esri şirkətinin ixtisaslaşma sahəsi CİS (coğrafi informasiya sistemləri) olduğuna görə, şirkətin zəngin təcrübəsi MMMİ yaradılmasında əvəzsiz rol oynayacaqdır. Infrastrukturun yaradılması bütün dövlət orqanlarının vahid inteqrasiya olunmuş sistemdən istifadəsinə şərait yaradacaq. Datanın dəqiqliyi, əlçatanlığı təmin olunacaq. Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ölkədə iqtisadiyyatın və idarəetmənin səmərəliliyinə müsbət təsir edən amillərdən biridir. Həmçinin, dövlət və biznes qurumlarının operativ və şəffaf qarşılıqlı əlaqəsinin təmin edilməsində xüsusi rolu var. 51 illik keçmişə sahib kompaniyanın praktikasından faydalanmaq məqsədilə qarşılıqlı fikir mübadiləsi və təcrübənin paylaşılması mühitində keçən görüş, infrastrukturun ən yaxşı şəkildə qurulmasına kömək edəcək.