MQS

Milli Qeydiyyat Sistemi


Milli Qeydiyyat Sistemi
 (MQS) 2006-cı ildə ƏMDK tərəfindən hazırlanıb istifadəyə verilmişdir. Daşınmaz əmlakla bağlı hüquqların qeydiyyatı üçün istifadə olunur. MQS Oracle məlumat bazası ilə birlikdə Müştəri-Server arxitekturası əsasında qurulub və Delfidə proqramlaşdırılıb. Qeydiyyatla bağlı sənədləri çap etmək, hesabat hazırlamaq imkanları mövcuddur. Sistem Ədliyyə Nazirliyi (notariuslar, Əhalinin Dövlət Reyestri Xidməti), Daxili İşlər Nazirliyi, ASAN Xidmət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilərək məlumat mübadiləsi təmin edilmişdir. MQS hazırda əsasən Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) ərazi idarələri tərəfindən vətəndaşların daşınmaz əmlaklarının qeydiyyatı əməliyyatları üçün istifadə olunur.