Proqram təminatının hazırlanması


Kompüter texnologiyaları artıq biznesin hər yönündə öz təsdiqini tapmış və bütün işlər artıq proqram təminatları ilə yerinə yetirilməkdədir. Biz də İTMİM olaraq sizin biznesinizin avtomatlaşdırılmasını, eyni zamanda var olan sistemin optimallaşdırmasını təklif edirik. Sifarişçilərin istəklərinə uyğun texniki tapşırıq yazılır və düzgün texnologiyalar seçilərək proqram təminatı standartlarını qoruyaraq yüksək səviyyədə müasir həllər yaradırıq. Proqram təminatı istəkləriniz internet layihələrinən tutmuş çox şaxəli klient-server arxitekturalı həllər ola bilər. Biz həmçinin işlətdiyiniz sistemlərin optimizasiyasını və başqa sistemlərə inteqrasyasını təklif edirik.

Həllər aşağıdakı proqram təminatının hazırlanması standartları və mərhələləri ilə yerinə yetirilir :

  • Sifarişçi istəklərinin analizi;
  • Sistem Dizaynı;
  • Həllin proqramlaşdırılması;
  • Sənədləşdirmə və test edilmə;
  • Həllin tətbiqi və texniki dəstək.


İTMİM mütəxəssisləri proqam həllərini hazırlayarkən aşağıdakı prinsiplərə əməl edir:

  • Layihənin, sifarişçinin bütün istəklərini qarşılayacağına və standartların gözləniləcəyinə təminat verir.
  • Sistemin bütün proqramlaşdırma standartlarına diqqətlə əməl edilir və sonradan inkişaf etdirilməyə uyğun sistemlər hazırlanır.
  • Düzgün texnologiyalar seçilir və təhlükəsizlik standartları qorunur.


Proqram təminatı hazırlanarkən müasir obyekt yönümlü proqramlaşdırma (OYP) dillərindən (C#, Java, PHP və s.) istifadə edilir və OYP standartları gözlənilir.