Idarənin strukturu

 

Şöbələrin əsas funksiyaları

 

İnformasiya sistemləri və proqram təminatının işlənməsi şöbəsi

  Şöbənin əsas funksiyaları:

  • ƏMDK üzrə yeni informasiya sistemlərinin yaradılması prosesində proqramlaşdırma işlərini təmin etmək;
  • ƏMDK-nın informasiya-kommunikasiya sahəsində iştirakçısı olduğu beynəlxalq layihələrdə iştirak etmək;
  • ƏMDK üzrə mövcud informasiya sistemlərinin dəstəklənməsi və onların təkmilləşdirilməsi sahəsində tədbirləri həyata keçirmək;
  • ƏMDK-nıin fəaliyyət sahələri üzrə elektron reyestrlərin yaradılmasını təşkil etmək və onların təhlükəsizliyini təmin etmək;
  • ƏMDK üzrə İKT Strategiyasının hazırlanması, həyata keçirilməsi və daim inkişaf etdirilməsi üçün təkliflər hazırlamaq;
  • ƏMDK-nın informasiya siyasətinin həyata keçirilməsində iştirak etmək;
  • ƏMDK üzrə idarəetmə proseslərinin elektron hökumət prinsipləri əsasında təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq və icrası ilə bağlı tədbirləri həyata keçirmək;
  • İKT sahəsində beynəlxalq təcrübəni öyrənmək və tətbiqini təşkil etmək;  



Şəbəkə sistemləri, məlumat bazalarının idarəedilməsi və informasiya təhlükəsizliyi şöbəsi

   Şöbənin əsas funksiyaları: 

  • ƏMDK üzrə yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsində iştirak edilməsi;
  • İnformasiya texnologiyaları və texniki vasitələrdən istifadə etməklə ƏMDK-nın mərkəzi aparatında və digər qurumlarında avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılmasında iştirak edilməsi;
  • İKT sahəsində yeni layihələrin işlənib hazırlanması və tətbiq edilməsi;
  • ƏMDK-nın korporativ şəbəkəsinin təhlükəsizliyinin və işçi vəziyyətdə saxlanmasının təmin edilməsi;
  • ƏMDK-nın informasiya resurslarının təhlükəsizliyinin və işçi vəziyyətdə saxlanmasının təmin edilməsi;
  • ƏMDK-nın korporativ şəbəkəsinin inkişaf etdirilməsi və daim aktual saxlanması üçün tədbirlərin görülməsi;
  • ƏMDK üzrə İKT Strategiyasının hazırlanması, həyata keçirilməsi və daima inkişaf etdirilməsində iştirak edilməsi;
  • ƏMDK-nın İKT sahəsində iştirakçısı olduğu beynəlxalq layihələrdə iştirak edilməsi;
  • Azərbaycan Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması zamanı təşəbbüslərin göstərilməsi və işlərin təşkil edilməsində iştirak edilməsi;
  • İKT sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin təşkil edilməsində iştirak edilməsi;
  • Qurumun İnformasiya Təhlükəsizliyi siyasətini həyata keçirir, standartları, təlimatları, formaları hazırlayır və onların işləkliyinə nəzarət edir;
  • Qurumun beynəlxalq standartlarına cavab verməsi və bu sahədə inkişaf etməsi üçün lazımi tədbirləri görür, sənədləri tərtib edir və Məlumat Təhlükəsizliyi İdarəetmə Sisteminin idarə olunmasında iştirak edir.



Layihələrin idarəedilməsi və innovasiyaların tətbiqi şöbəsi

   Şöbənin əsas funksiyaları:

  • İnformasiya texnologiyaları və proqram təminatı sahələrində meydana çıxan yenilik, texnologiya, metodologiya, vasitə, dil, standart və sistemləri izləyib öyrənir, tətbiq sahəsini təyin edir, yaradılan yeni versiyalardakı dəyişikliklərin mövcud sistemlərə necə təsir edəcəyini müəyyən edir və bu yeniliklərin qurumun informasiya sistemlərinə tətbiqini analiz edir;
  • ƏMDK üzrə yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsində iştirak edir;
  • İdarəetmə proseslərinin elektron hökumət prinsipləri əsasında təkmilləşdirilməsi sahələri üzrə təkliflərin hazırlanmasında iştirak edir;
  • İnformasiya sistemlərinin və proqram təminatlarının işlənməsi üçün texniki tapşırıqların hazırlanmasında iştirak edir;
  • ƏMDK üzrə İKT Strategiyasının hazırlanması, həyata keçirilməsi və daima inkişaf etdirilməsində iştirak edir;
  • ƏMDK-nın İKT sahəsində iştirakçısı olduğu beynəlxalq layihələrdə iştirak edir;
  • Yeni informasiya sistemlərinin yaradılması zamanı təşəbbüslərin göstərilməsi və işlərin təşkil edilməsində iştirak edir;
  • İKT sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin təşkil edilməsində iştirak edir.



Marketinq və satış sektoru

   Sektorun əsas funksiyaları:

  • Marketinq strategiyası yaratmaq üçün müştərilərlə sıx əlaqədə olub onların ehtiyaclarının öyrənilməsi;
  • Tenderlərin və rəqabətin izlənilməsi;
  • Bazara və rəqabətə əsasən qurumun pozisiyasının, rəqiblərin güclü və zəif cəhətlərinin müəyyənləşdirilməsi, mütəmadi SWOT analizlərin aparılması;
  • Qurumun məhsullarının və xidmətlərinin yansıması olan brend dəyərlərini ən yaxşı şəkildə əlaqələndirən SMM işinin təşkili;
  • Mərkəzin marketinq tərəfdaşları olan nəşriyyatçılar, dizaynerlər, jurnalistlər, konsultantlar və s. ilə PR koordinasiyasının təmin edilməsi;
  • Qurumun yerdə qalan heyətilə kommunikasiyanı həyata keçirərək, iş etikasının prinsiplərinə hörmətlə yanaşı, hədəfləri yerinə yetirmək və mənfəəti artırmaq;
  • İstifadəçilərin, xüsusilə müştərilərin istək və düşüncələrinin CRM vasitəsilə izlənilməsi və öyrənilməsi, müştəriylə daha çox birbaşa təmasda olan bütün şöbələrlə qarşılıqlı çalışaraq satış proseslərini yaxşılaşdırmaq və müştəriyə dəstək;
  • Sektorun gələcək fəaliyyətini ən yaxşı şəkildə həyata keçirmək üçün marketinq büdcəsinin planlaşdırılması və idarə edilməsi;
  • Biznesin inkişaf etdirilməsi istiqamətlərində B2G və B2B modellərinin əsas götürülərək fəaliyyət göstərilməsi;
  • Qurumun və şöbələrin strateji planları ilə uyğun olması şərtilə, reallaşdırılması lazım olan işlər və hədəf bazarları nəzərə alınaraq uzunmüddətli strateji marketinq planların müəyyən olunması.



Texniki dəstək və servisin təşkili şöbəsi

   Şöbənin əsas funksiyaları:

  • ƏMDK üzrə yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsində iştirak edilməsi;
  • ƏMDK-da istifadə olunan kompüter texnikasının normal fəaliyyətinin və təhlükəsizliyinin təmin edilməsi;
  • ƏMDK üzrə İKT Strategiyasının hazırlanmasında, həyata keçirilməsində və daima inkişaf etdirilməsində iştirak edilməsi;
  • İKT sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin təşkil edilməsində iştirak edilməsi. 



Maliyyə və təsərrüfat şöbəsi

 Şöbənin əsas funksiyası İTMİM-in maliyyə-təsərrüfat fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə əlaqədar qeydiyyat və uçot-hesabat işlərinin mühasibatlıq haqqında qanunvericilik aktlarına uyğun olaraq yerinə yetirilməsini təşkil etməkdir. 



Sənədlərlə iş və hüquqi təminat şöbəsi

Şöbənin əsas funksiyası İTMİM-də kadr, kargüzarlıq, arxiv və təsərrüfat işinin təşkili, aparılması və ona nəzarətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.